Portuqaliyanın "Vitoriya" klubunun hücumçusu Abdul-Əziz Yakubunun "Qarabağ"a transferi baş tutmayıb.

22 yaşlı hücumçu ilə ilkin razılığa gəlinsə də, o, tibbi baxışdan uğurla keçə bilməyib. “Qarabağ”ın həkimləri futbolçunun transferini məsləhət görməyiblər. Beləcə rəhbərlikdən də futbolçunun keçidindən imtina etmək məcburiyyətində qalıb. Qeyd edək ki, gənc hücumçu ötən mövsümü icarə əsasında Portuqaliyanın "Eştoril" klubuna keçirib. Yakubu 34 oyunda 15 qol vuraraq komandanın Premyer Liqaya yüksəlməsində pay sahibi olub.